Finss.az - “X Agro” MMC-nin mülkiyyətində 15 hektar torpaq sahəsi var. ƏDV qeydiyyatında olan MMC bu torpaq sahələrini digər vergi ödəyicilərinə icarəyə verir. Bu zaman həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən, malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi xidmət (iş) anlayışında istisna edilib.
Qeyd olunanlara əsasən, MMC tərəfindən torpağın icarəyə verilməsi 2025-ci il yanvarın 1-dən ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmadığından, həmin əməliyyat ƏDV-yə cəlb edilmir.
Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci və 159.1-ci maddələri
©vergiler.az