Finss.az xəbər verir ki, çərşənbə günü ABŞ Energetika Nazirliyinin ölkədəki enerji ehtiyatları ilə bağlı məlumatlarının dərcindən sonra neftin qiyməti bir qədər ucuzlaşıb. Hesabat neft məhsulu ehtiyatlarının inamlı artması ilə neft ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azaldığını göstərdi.
Bakı vaxtı ilə saat 17:55-də Londonun ICE Futures birjasında Avqust Brent markalı neftin fyuçersləri 0,26 dollar (0,4%) ucuzlaşaraq bir barel üçün 65,37 dollar olub. Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri NYMEX birjasında 0,08 dollar (0,13%) ucuzlaşaraq 63,33 dollar/barelə bərabər olub.