Finss.az xəbər verir ki, Böyük Britaniya hökuməti NatWest Bankdakı (keçmiş Royal Bank of Scotland) öz payından tamamilə imtina edib.
Bu ayın əvvəlində dövlətin payı artıq 1%-dən aşağı düşmüşdü. 2023-cü ilin dekabrında bu, 38% idi.
Ölkənin ən böyük banklarından biri olan Royal Bank of Scotland 2008-ci ildəki maliyyə böhranından sonra milliləşdirilib. Bank səhmlərinin 81%-i müqabilində vergi ödəyicilərindən 45,5 milyard funt sterlinq (indiki məzənnə ilə 61,2 milyard dollar) yardım alıb.
FT qeyd edir ki, hökumət 10,5 milyard funt sterlinq zərərlə NatWest-dən çıxdı.