Finss.az xəbər verir ki, cümə günü neft ucuzlaşır və həftəni qırmızı bitir.
Treyderlər bu həftəsonu OPEC+ toplantısını gözləyirlər. KİV-in məlumatına görə, əvvəllər könüllü olaraq gündəlik hasilatı 2,2 milyon barel azaldan OPEC+ “səkkizlik” ölkələri iyul ayında yenidən neft hasilatını sutkada 411 min barel artırmağa qərar verəcək.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 18:25-ə 63,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,32 dollar (0,5%) azdır.