BİZNES

30 May

Azərbaycanın karbamid ixracı 63,5 milyon ABŞ dolları təşkil edib

2025-ci ilin ilk dörd ayında Azərbaycanın karbamid ixracı 63,5 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında yer alıb.

Məlumata əsasən, bu göstərici ilə karbamid qeyri-neft sektoru üzrə ən çox ixrac edilən məhsullar sırasında üçüncü yerdə qərarlaşıb.

Fuad Mədətov
Finss.az