2025-ci ilin ilk dörd ayında Azərbaycanın pomidor (tomat) ixracı 74,7 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.
Məlumata əsasən, bu göstərici ilə pomidor qeyri-neft sektoru üzrə ən çox ixrac olunan məhsullar siyahısında ikinci yeri tutub.
Təkcə 2025-ci ilin aprel ayında pomidor ixracı 30,16 milyon ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az