2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın kimya sənayesi məhsullarının ixracı 35 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının ixracında 42,5% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az