BİZNES

30 May

Azərbaycanın yeyinti məhsullarının ixracı 12%-dən çox artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın yeyinti məhsullarının ixracı 300,8 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın may sayında əksini tapıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsullarının ixracında 12,1% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az