Ötən il istehsalı və ya artırılması ölkə daxilində mümkün olan 33 sayda mal qrupu üzrə malların idxalı dəyər ifadəsində əvvəlki illə müqayisədə 454,5 mln. ABŞ dolları və ya 11,3% artaraq 4 mlrd. 478,4 mln. ABŞ dollarına yüksəlib.
Finss.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Qeyd edilib ki, idxalın həcminin artması gömrük rüsumları və digər gömrük ödənişləri vasitəsilə dövlət büdcəsinə əlavə gəlir formalaşdırsa da, daxili bazarın qorunması məqsədilə kompleks, uzunmüddətli və strateji yanaşmaların daha təsirli tətbiqini zəruri edir.