BİZNES

26 May

Azərbaycanda unlu qənnadı məmulatları istehsalı 1,1% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 min 734,3 ton unlu qənnadı məmulatları istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% artıb.

Mayın 1-nə ölkədə hazır məhsul ehtiyatı 648,4 ton təşkil edib ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin ilk 4 ayında Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% çoxdur.

Fuad Mədətov
Finss.az