BİZNES

27 May

Azərbaycanın Çexiyaya neft ixracı həm dəyər, həm də həcm baxımından artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya 304,7 milyon ABŞ dolları dəyərində 558,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Finss.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Statistikaya görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 32,9 milyon dollar və ya 12,1%, həcm baxımından isə 134 min ton və ya 31,6% artım deməkdir.

Çexiya dövr ərzində Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında ikinci sırada qərarlaşıb.

Ümumilikdə, 2025-ci ilin ilk dörd ayında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton xam neft və xam neft məhsulları ixrac olunub.

Fuad Mədətov
Finss.az