2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 756,4 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 108,3 milyon dollar və ya 16,7% artım deməkdir.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, nəqliyyat vasitələri və onların hissələrinin idxalı ümumi idxalın 9,3%-ni təşkil edib.
Ümumilikdə, cari ilin ilk dörd ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16,917 milyard ABŞ dollarına çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 milyard dollar və ya 24,1% çoxdur.
Ticarət dövriyyəsinin 8,785 milyard dolları ixracın, 8,133 milyard dolları isə idxalın payına düşüb. Hər iki göstəricidə artım müşahidə olunub: ixrac 616,1 milyon dollar (7,5%), idxal isə 2,7 milyard dollar (48,8%) artıb.
Nəticədə, 651,8 milyon dollarlıq müsbət ticarət saldosu formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard dollar və ya 4,15 dəfə azalıb.
Fuad Mədətov
Finss.az