BİZNES

26 May

Azərbaycanada marqarin istehsalı artıb, kərə yağı isə azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 16,4 min ton marqarin istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Hesabat dövründə marqarin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 478 ton və ya 3% artıb. 2024-cü ilin ilk dörd ayında bu göstərici 15,9 min ton təşkil etmişdi.

Eyni zamanda, cari ilin yanvar-aprel aylarında ölkədə 8,7 min ton kərə yağı istehsal olunub. Bu isə əvvəlki ilin analoji dövrü ilə müqayisədə 223 ton və ya 2,5% azalma deməkdir. Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycanda 8,9 min ton kərə yağı istehsal edilmişdi.

Xatırladaq ki, 2025-ci ilin ilk 4 ayında ölkədə ümumilikdə 1 milyard 778 milyon manatlıq qida məhsulları istehsal olunub.

Fuad Mədətov
Finss.az