BİZNES

26 May

Azərbaycandan İndoneziyaya neft ixracı dəyər və həcm baxımından artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İndoneziyaya 72,1 milyon ABŞ dolları dəyərində 130,9 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 19,6 milyon ABŞ dolları və ya 37,3%, həcm baxımından isə 44,2 min ton və ya 51% artım göstərib.

Hesabat dövründə İndoneziya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 12-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.

Fuad Mədətov
Finss.az