Finss.az xəbər verir ki, estoniya hökuməti 600 MVt gücündə atom elektrik stansiyasının və onun fəaliyyəti üçün zəruri olan infrastrukturun tikintisi planının hazırlanması təşəbbüsü ilə çıxış edib.
İqtisadiyyat və sənaye naziri Erkki Keldo jurnalistlərə bildirib ki, "Dövlət xüsusi planının təşəbbüsü AES-in tikintisinə dərhal başlanacağı anlamına gəlmir. Planı hazırlayarkən biz ilk növbədə Estoniyada AES-in hansı şəraitdə və harada tikilə biləcəyini daha ətraflı təhlil edəcəyik". Atom elektrik stansiyasının tikintisi ilə yanaşı, 330 kV-luq hava elektrik xəttinin çəkilməsi, mövcud 330 kV-luq yarımstansiyanın və elektrik enerjisinin ötürülməsi ilə bağlı digər obyektlərin genişləndirilməsinin də nəzərdə tutulacağı gözlənilir.
Başlanğıc ərizəsinə əsasən, bütün proseslər rəvan getsə, stansiyanın planlaşdırılan iki reaktorundan birincisi 2035-ci ildən tez işləyə bilməz.
Məkan təhlili Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələri, obyektiv meyarlar və mövcud məlumatlar əsasında hazırlanıb.
Atom elektrik stansiyası üçün nəzərdə tutulan ərazinin sahəsi təqribən 1285 kv.km-dir. 15 rayonda aparılan sosial-iqtisadi təhlillər nəticəsində AES-in tikintisinin ən güclü regional müsbət təsir göstərəcəyi dörd potensial uyğun rayon müəyyən edilib.