BİZNES

22 May

ABŞ ilə ticarət dövriyyəsi artıb

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətən 2,2 dəfə artaraq 461 milyon dollar səviyyəsinə çatıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin dövrdə Azərbaycanın ABŞ-yə ixracı 24 milyon dollar təşkil edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,8 faiz artıb. ABŞ-dən Azərbaycana idxal isə 436,9 milyon dollar olub ki, bu da 2,2 dəfə çoxdur.

Cari ilin ilk dörd ayında ABŞ ilə ticarətin Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 2,72 faiz təşkil edib. Bu göstərici ötən ilki dövrə nisbətən 1,18 faiz bəndi yüksəlib.