Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il "İnvestor olmaq asandır” konsept mesajı ilə 23 may tarixində keçiriləcəkdir.
Finss.az xəbər verir ki, forum “Facemark” və “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA)” şirkətlərinin birgə təşkilatçılığı və “CFI Financial İnvestisiya Şirkəti”nin baş sponsorluğu ilə Gülüstan Sarayında təşkil ediləcək.
Tədbirdə "İnvestisiyanın Gücü və Yeni Trendlər", "Uğurlu İnvestisiya Qərarları" panelləri və Məruzəçilərin çıxışlarından ibarət olmaqla müxtəlif mövzular müzakirə ediləcək.
Tədbir “Admedia” şirkətinin və ,“Milli Depozit Mərkəzi”nin təşkilati dəstəyi “İnvest-AZ”, “PAŞA Kapital”, “Assist Finance” kimi nüfuzlu qurumların sponsorluğu və “Bakı Fond Birjası”nın dəstəyilə həyata keçirilir.
“İnvestisiyanın Gücü və Yeni Trendlər” panelində investisiya sahəsində qlobal və lokal tendensiyalar, gələcək proqnozlar və yeni yanaşmalar bu paneldə geniş şəkildə müzakirə olunacaq. Panelin moderatoru CFI Financial İnvestisiya Şirkətinin direktoru Pərvanə Qasımova olacaq.
Panelin spikerləri:
- George Khoury – CFI Financial İnvestisiya Şirkətinin Tədqiqat və Təhsil üzrə rəhbəri
- Ceyhun Hacıyev – PAŞA Kapital İnvestisiya Şirkətinin direktoru
- Müşfiq Əhmədli – Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri
- Dilan Pamir – Türkiyə İnkişaf və İnvestisiya Bankının direktoru, Kapital Bazarları Məsləhətçisi
- Elşad İbrahimov - "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin Müşahidə Şurası sədrinin müşaviri
Panel, iştirakçılara investisiya mühitində baş verən yeniliklər barədə dəyərli fikirlər, təhlillər və praktik baxış bucaqları təqdim edəcək.
“Uğurlu İnvestisiya Qərarları” paneli zamanı müxtəlif maliyyə qurumlarının rəhbərləri və ekspertləri real təcrübələr, praktiki nümunələr və effektiv yanaşmalar üzərində dayanacaqlar. Panelin moderatoru “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktoru Tələt Kalayev olacaq.
Panelin spikerləri:
- Umeyra İbrahimova – Mərkəzi Bankın Kapital Bazarı Siyasəti və Tənzimlənməsi Departamentinin direktoru
- Nadir Babazadə – ABB Invest İnvestisiya Şirkətinin İcraçı direktoru
- Fəqan Nağıyev – Crossinvest SA (İsveçrə) şirkətlər qrupunun Rəhbər Heyətinin üzvü
- Aydın Hüseynov – “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri
- Ceyhun İbrahimov – “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin üzvü
Bu paneldə uğurlu investisiya qərarlarının necə formalaşdığı, risklərin necə dəyərləndirildiyi və strateji yanaşmalar ətrafında dəyərli müzakirələr aparılacaq.
Forum çərçivəsində yalnız panellər deyil, həm də sahənin önəmli nümayəndələrinin fərdi çıxışları və təqdimatları da olacaq. Bu çıxışlar mövzuya dərin baxış, analitik yanaşma və ilhamverici fikirlərlə zəngin olacaq.
Məruzəçilər:
- İlya Akipov – McKinsey Company şirkətinin partnyoru
- Niyazi Abbasov - "Pasha Real Estate Group"un Otel Aktivlərinin İdarəedilməsi üzrə direktoru
- Dr. Menevşe Özdemir Dilidüzgün - Halk Invest / İstanbul Korporativ Maliyyə və Məsləhət xidmətləri üzrə rəhbəri
- Yermek Mazhekenov – Qazaxıstan Fond Birjası (KASE) nümayəndəsi
- Oqtay Qasımov – Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya inzibatçısı
- Seçil Yıldız – Türkiyə İnkişaf və İnvestisiya Bankının Baş direktorun müavini, Davamlılıq və Təsir Lideri
- Rauf Cabbarov – Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru
Bu çıxışlar iştirakçılara beynəlxalq təcrübə, yeni yanaşmalar və investisiya baxış bucağını genişləndirəcək dəyərli fikirlər təqdim edəcək.
Sahə üzrə ən son yeniliklərdən xəbərdar olmaq və sektorda lider mövqeyə yüksəlmək istəyənlər üçün Maliyyə İnvestisiya Forumu əvəzolunmaz bir platforma rolunu oynayacaqdır.
Tədbirə bilet əldə etmək və ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (//financeandinvestmentforum.az/) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.
Facebook: //www.facebook.com/fifbaku.az
Instagram: //www.instagram.com/financialinvestmentforum/
Linkedln: //www.linkedin.com/company/fifbaku-az/?viewAsMember=true
Fuad Mədətov
Finss.az
