Finss.az - İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC Özbəkistana divar kağızlarının ixracına start verib.
İlkin mərhələdə 1,36 milyon manatlıq məhsulun göndərilməsi planlaşdırılır.
“Mister Decor” MMC Ağdam Sənaye Parkında 1,6 hektar sahədə fəaliyyət göstərir və 8 milyon manat həcmində investisiya ilə qurulmuşdur. Cənubi Qafqazda divar kağızlarının istehsalına ixtisaslaşan ilk zavod olan müəssisə ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək potensialına malikdir.
Bu ixracat Azərbaycanın sənaye məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artmasına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.