Bazar ertəsi günortadan sonra neftin qiymətinin enməsi güclənib.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:30-da Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçersləri 0,71 dollar (1,09%) ucuzlaşaraq bir barel üçün 64,70 dollar olub. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri NYMEX birjasında 0,66 dollar (1,06%) ucuzlaşaraq 61,84 dollar/barelə bərabər olub.
Ötən həftə Brent 1%, WTI 2,4% bahalaşıb.
Keçən həftə sitatlar ABŞ və Çinin qarşılıqlı idxal rüsumlarını müvəqqəti azaltmaq barədə razılığa gəldiyi xəbəri ilə dəstəkləndi. Bununla belə, dünya bazarına neft tədarükünü artırmağa kömək edəcək İranla nüvə razılaşması gözləntiləri qiymətləri aşağı salıb.