BİZNES

19 May

Kənd təsərrüfatında artım

Finss.az - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkənin kənd təsərrüfatı sektorunda ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artıb.

Hesabat dövründə bitkiçilik məhsulları istehsalı 9,3 faiz, heyvandarlıq məhsulları isə 1,1 faiz artım göstərib.

Əsas istehsal göstəriciləri:

  • Ət (diri çəkidə): 192,3 min ton (+1,2%)

  • Süd: 701,9 min ton (dəyişməyib)

  • Yumurta: 798,1 milyon ədəd (+4,4%)

  • Yun: 1,9 min ton (−4,6%)

  • Tərəvəz: 147,7 min ton (+12,4%)

  • Kartof: 52,0 min ton (+2,1%)