BİZNES

16 May

Gömrük gəlirləri 2 milyardı keçdi

Finss.az - Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait daxil olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə 4,3 faiz çoxdur.

Kateqoriyalar üzrə daxilolmalar:

- Gömrük rüsumları: 580,29 milyon manat;

- ƏDV: 1,38 milyard manat;

- Aksizlər: 80,37 milyon manat;

- Yol vergisi: 15,17 milyon manat.