BİZNES

16 May

Nəqliyyat dəhlizləri ilə 8 milyon tona yaxın yük daşınıb

Finss.az - Bu ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3672,1 min ton, dəniz nəqliyyatı ilə 1763,9 min ton və avtomobil nəqliyyatı ilə 2553,0 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3994,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1875,4 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2441,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1418,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 134,7 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 46,3 faizi, avtomobil nəqliyyatı ilə daşınan yüklərin 45,2 faizi, dəniz nəqliyyatı ilə daşınan yüklərin 95,2 faizi tranzit yüklərin payına düşüb.