BİZNES

15 May

Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qiymətli metalların istehsalı sahəsində əhəmiyyətli artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 71,2 faiz artaraq 1026,3 kiloqram təşkil edib.

Mayın 1-nə olan vəziyyətə görə, qızıl üzrə hazır məhsul ehtiyatı isə 66,5 faiz azalaraq cəmi 64,5 kiloqram olub. Ekspertlərin fikrincə, bu, daxili və xarici bazarlarda qızıl tələbatının artması və ixracın sürətlənməsi ilə bağlı ola bilər.

Gümüş istehsalında da artım müşahidə olunub. Dörd ay ərzində gümüş istehsalı 21,9 faiz artaraq 1372 kiloqram təşkil edib. Maraqlıdır ki, gümüş üzrə hazır məhsul ehtiyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artaraq 579,1 kiloqram səviyyəsinə çatıb.