Finss.az xəbər verir ki, Böyük Britaniyanın əczaçılıq nəhəngi GSK Plc, American Boston Pharmaceuticals-dan qaraciyər xəstəliyi üçün eksperimental dərmanın hüquqlarını almaq üçün 2 milyard dollar ödəyəcək.
GSK-nın mətbuat xidmətinin məlumatına görə, efimosfermin preparatı klinik sınaqlara hazırdır və yağlı hepatozun – maddələr mübadiləsinin pozulması, artıq çəki və ya alkoqoldan sui-istifadə nəticəsində qaraciyərdə piylərin yığılması ilə xarakterizə olunan xəstəlik üçün dünyada ən yaxşı müalicə vasitəsi ola bilər.
İlkin testlər göstərdi ki, dərmanın aylıq inyeksiyaları qaraciyəri effektiv şəkildə bərpa edir və fibrozu dayandırır.
GSK bunun üçün dərhal 1,2 milyard dollar və sınaqların nəticələrindən asılı olaraq daha 800 milyon dollar ödəyəcək.
GSK-nın bazar kapitallaşması son 12 ayda dörddə bir azalaraq 54,9 milyard funt-sterlinqə düşüb.