Finss.az xəbər verir ki, The Guardian yazır ki, Böyük Britaniyanın 17 aparıcı pensiya fondunun rəhbərləri 2030-cu ilə qədər ölkə iqtisadiyyatına 50 milyard funt sterlinq (66 milyard dollar) sərmayə qoymaq niyyətlərini açıqlayıblar, bu məbləğin yarısı Britaniya aktivlərinə, o cümlədən yaşıl enerji sahəsinə sərmayə qoyulacaq.
Aviva və Legal General daxil olmaqla investisiya firmaları idarə etdikləri pensiya fondlarında saxlanılan aktivlərin təxminən 10%-ni investisiya etməyi planlaşdırırlar. Vəsaitlər infrastruktur layihələrinin maliyyələşdirilməsinə, özəl şirkətlərin səhmlərinin alınmasına və daşınmaz əmlaka sərmayə qoyulmasına yönəldiləcək.