BİZNES

13 May

“Microsoft” idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində iş yerlərinin 3%-ni ixtisar edəcək

Finss.az xəbər verir ki, Amerikanın İT nəhəngi Microsoft korporasiyası işçilərinin 3%-ni ixtisar etməyi planlaşdırır. Bu barədə CNBC şirkət nümayəndəsinin bəyanatına istinadən xəbər verir.

İxtisarlar bütün səviyyələrdə olan bütün şöbələrə və işçilərə təsir edəcək.

Microsoft-un Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi illik hesabata görə, şirkətdə ötən ilin iyun ayının sonunda 228 min nəfər, o cümlədən 126 mini ABŞ-da işləyirdi. Beləliklə, təxminən 6,8 min işçi ixtisara məruz qala bilər.

“Microsoft” nümayəndəsi izah edib ki, ixtisarlar konkret işçilərin fəaliyyəti ilə bağlı olmayacaq və digər məsələlərlə yanaşı, şirkətin idarəetmə strukturunun optimallaşdırılmasına yönəlib.