BİZNES

09 May

Azərbaycanda 700 kvadrat metr xalça istehsal edilib

Cari ilin birinci rübündə Azərbaycanda 700 kvadrat metr xalça və xalça məmulatları istehsal edilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 kvadrat metr və ya 12,5% azdır. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 800 kvadrat metr xalça və xalça məmulatları istehsal olunmuşdu.

Qeyd edək ki, cari ilin aprel ayının birinə ölkədə hazır xalça və xalça məmulatlarının ehtiyatı 5,2 min kvadrat metrdir.

Fuad Mədəıtov
Finss.az