Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında aqrar sektorda müsbət artım müşahidə edilib.
Bu dövr ərzində ölkənin aqrar məhsullarının ixracı 14% artaraq 232,7 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, aqrar-sənaye məhsullarının ixracı da 7,9% artaraq 90,8 milyon ABŞ dollarını təşkil edib.
Ümumilikdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,57 milyon ABŞ dollarına bərabər olub. Bu göstəricilər ölkənin aqrar sektorunun və aqrar-sənaye sahələrinin inkişafını göstərir və qlobal bazarlarda Azərbaycanın daha da rəqabətədavamlı olduğunu sübut edir.