Amerikanın “Uber Technologies” şirkəti Türkiyənin “Trendyol Group” şirkəti ilə “Trendyol GO” çatdırılma xidmətinin 85%-ni təxminən 700 milyon dollara almaq üçün müqavilə imzalayıb.
Finss.az xəbər verir ki, Uber-in ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamaya görə, lazımi icazələrin alınması şərti ilə əməliyyatın tamamlanması 2025-ci ilin ikinci yarısına planlaşdırılır.
Trendyol Go, Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan Trendyol Group-un bir hissəsi olan qida çatdırılması xidmətidir. Trendyol Qrupunun əksəriyyəti Çin internet nəhəngi Alibaba Group Holdinqə məxsusdur.
Uber Technologies səhmləri çərşənbə axşamı ticarətdə 0,1% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 41,8% artaraq 178,66 milyard dollar təşkil edib.