Finss.az - 2025-ci ilin I rübü üzrə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilən məlumatda, Bakı Limanı vasitəsilə yük daşımalarında əhəmiyyətli artım olduğu bildirilib.
Bu ilin ilk üç ayında, 1,9 milyon tondan çox yük aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artım deməkdir.
Hesabat dövründə Bakı Limanı vasitəsilə 30034 TEU konteyner daşınıb. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu göstərici 16754 TEU və ya 126 faiz artıb.
Bundan əlavə, I rübdə Bakı Limanı 13711 ədəd təkərli texnika, 7765 ədəd vaqon, 366 min ton quru yük və 377 min ton neft və neft məhsulları daşınıb. Bu göstəricilər limanın və Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin genişlənməsinin göstəricisi kimi qiymətləndirilir.
Bakı Limanı, regionda tranzit yük daşımalarının artırılması və ticarət əlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır və bu cür artım ölkənin iqtisadi inkişafına müsbət təsir göstərir.