BİZNES

02 May

Azərbaycan və Xorvatiya Coğrafi İnformasiya Sistemləri üzrə əməkdaşlıq edə bilər

Finss.az - Xorvatiya ilə torpaqların idarəolunması, geodeziya və kadastr sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xorvatiyanın Dövlət Geodeziya İdarəsi arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə torpaqların idarə edilməsi, onların təyinatı üzrə istifadəsi, innovativ əmlak idarəetmə həlləri üzrə göstərilən elektron xidmətlər və bu sahədə tətbiq olunan yeniliklər, məkan vahidlərinin reyestri, mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparılıb.

Tərəflər milli məkan məlumatları infrastrukturunun qurulması, Coğrafi İnformasiya Sistemi məlumatlarının və torpaqların idarə edilməsi, geodeziya və kadastr sahəsində ikitərəfli əməkdaşlıq təkliflərini nəzərdən keçiriblər.

Zemfira Ms
Finss.az