BİZNES

01 May

Qeyri-neft ixracatında qızıl liderdir

Finss.az - 2025-ci ilin mart ayında Azərbaycan qeyri-neft sektoruna aid ixrac mallarının siyahısında qızıl (25 milyon ABŞ dolları) birinci yeri tutub.

Siyahının ikinci pilləsində isə pomidor (17,8 milyon ABŞ dolları) qərarlaşıb, pambıq isə (15,9 milyon ABŞ dolları) üçüncü olub.

Ümumilikdə, 2025-ci ilin birinci rübündə qeyri-neft ixracının lideri olan qızıl, 65,2 milyon ABŞ dolları ilə ən çox ixrac edilən məhsul olub. Karbamid (48 milyon ABŞ dolları) ikinci, pomidor (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu məlumatlar "İxrac icmalı"nın aprel sayında dərc edilmiş və Azərbaycan Respublikası İqtisadi İslahatlar Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunub.

Qeyri-neft ixracatının inkişafı Azərbaycanın iqtisadiyyatında diversifikasiyanın artırılması və beynəlxalq bazarlarda daha geniş mövqe əldə edilməsi istiqamətində mühüm addım olaraq qiymətləndirilir.