BİZNES

30 Aprel

“SOCAR Polymer” I rübdə ixrac gəlirlərini 5 %-ə yaxın artırıb

Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 59 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və yaxud 4,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.