Finss.az - 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 2,7 milyon dolları keçib.
Bu dövr ərzində Azərbaycanın Tacikistana ixracı 2,3 milyon dollarla 2 dəfə artıb. Tacikistandan Azərbaycana idxal isə 403 min dollar olub və bu göstərici 1,4 dəfə yüksəlib.
Cari ilin ilk rübü üzrə Azərbaycanın ümumi ticarət dövriyyəsində Tacikistanla ticarətin payı 0,02 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi