2022-ci ildə yaşıl iqtisadiyyat sektorunun ümumi həcmi 1,5 trilyon ABŞ dolları təşkil edib. Gözləntilərə görə, 2030-cu ilə qədər bu rəqəm 4 trilyon dolları ötəcək.
Finss.az xəbər verir ki, bu barədə “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, 2025-ci ildə yalnız təmiz enerji bazarının həcmi 1,5 trilyon dollara çatacaq. Eyni zamanda, süni intellektin tətbiqi sayəsində karbon emissiyalarının izlənməsi prosesi daha da təkmilləşəcək – 2025-ci ildə bu prosesin 50% daha sürətli və daha dəqiq aparılması gözlənilir.
“Bu tendensiyalarla ayaqlaşmamaq mümkün deyil,” – deyə Hüseynov vurğulayıb. O bildirib ki, ölkədə bu istiqamətdə artıq strateji sənədlər hazırlanıb və inkişaf prioritetləri müəyyən olunub.