Avtomobil İstehsalçıları və Tacirləri Cəmiyyətinin (SMMT) məlumatına görə, İngiltərədə minik avtomobili istehsalı mart ayında keçən ilin eyni ayı ilə müqayisədə 18,2% artaraq 70,318 ədəd təşkil edib. Bu rəqəm daha əvvəl ardıcıl 12 ay ərzində aşağı düşmüşdü.
Finss.az xəbər verir ki, ötən ay daxili bazar üçün təxminən 18,8 min avtomobil istehsal edilib ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 6,1% azdır. İxrac üçün avtomobil istehsalı 30,6% artaraq 51,5 mini ötüb.
Belə ki, Böyük Britaniyada istehsal olunan avtomobillərin 73%-dən çoxu ixrac edilib. Avropa İttifaqı Britaniya avtomobillərinin əsas istiqaməti olaraq qalır (ixracın 57%-dən çoxunu təşkil edir), ardınca ABŞ (15%) və Çin (8,5%). Eyni zamanda, mart ayında Aİ-yə tədarüklər 28,9%, ABŞ-a 36,1%, Çinə isə 86% artıb.
Ötən ay ölkədə 31 661 elektrik və hibrid avtomobil istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 38,5% çoxdur.