Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,54 min ton çay istehsal olunub.
Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ildə çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% və ya 427 ton azalıb. Müqayisə üçün qeyd olunub ki, 2023-cü ilin ilk iki ayında ölkədə 1,96 min ton çay istehsal edilmişdi.
Hesabat dövründə Azərbaycandan 123 ton miqdarında, 1,1 milyon ABŞ dolları dəyərində çay ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar baxımından 24 ton və ya 24,2%, dəyər baxımından isə 190 min dollar və ya 20,8% artım deməkdir. Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında 99 ton, 915 min ABŞ dolları dəyərində çay ixrac olunmuşdu.
Bununla yanaşı, 2024-cü ilin ilk iki ayında Azərbaycana 3,05 min ton miqdarında, 18,6 milyon ABŞ dolları dəyərində çay idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə miqdar baxımından 1,28 min ton və ya 72,9%, dəyər baxımından isə 9,7 milyon dollar və ya 2,1 dəfə artım deməkdir. 2023-cü ilin yanvar-fevral aylarında ölkəyə 1,76 min ton, 8,9 milyon ABŞ dolları dəyərində çay idxal olunmuşdu.
Məlumatda həmçinin qeyd edilib ki, cari ilin hesabat dövründə Azərbaycana idxal olunan çay ümumi idxalın 0,45%-ni, ölkədən ixrac olunan çay isə ümumi ixracın 0,02%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az