Bu ilin yanvar-fevral aylarında Azərbaycana 4 254 ədəd məişət soyuducusu idxal olunub.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.
Məişət soyuducularının idxalına çəkilən xərc 1,14 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin eyni dövrü ilə müqayisədə:
- Miqdar baxımından idxal 171 ədəd və ya 3,9% azalıb.
- Dəyər baxımından isə idxal 323 min ABŞ dolları və ya 22,1% azalıb.
Xatırladaq ki, ötən ilin ilk iki ayında Azərbaycana 4 425 ədəd və 1,46 milyon ABŞ dolları dəyərində məişət soyuducuları gətirilib.
Fuad Mədətov
Finss.az