BİZNES

25 Aprel

Azərbaycanda yod istehsalı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 29,3 ton yod istehsal edilib.

Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə yod istehsalı 6,1% və ya 1,9 ton azalıb. Belə ki, 2023-cü ilin ilk iki ayında ölkədə 31,2 ton yod istehsal olunub.

Bununla yanaşı, cari ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 363,9 milyon manatlıq məhsul istehsal edilib.

Cari ilin ilk iki ayında ölkədə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4%, kimya sənayesi məhsullarının istehsalı 11,4% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6% azalıb.

Fuad Mədətov
Finss.az