BİZNES

24 Aprel

LG Electronics birinci rübdə xalis mənfəətini 1,5 dəfə artırdı

Cənubi Koreyanın məişət elektronikası istehsalçısı LG Electronics birinci rübdə xalis mənfəətini təxminən 50 faiz artıraraq, bir il əvvəlki 585,4 milyard vondan 875,6 milyard von (613 milyon dollar) təşkil edib.

Finss.az xəbər verir ki, əməliyyat mənfəəti 5,7 faiz azalaraq 1,34 trilyon vondan 1,26 trilyon von olub.

Gəlir birinci rüb üçün rekord həddə çataraq 22,74 trilyon von olub ki, bu da bir il əvvəlki 21,1 trilyon vondan 7,8% çoxdur.

FactSet tərəfindən sorğu edilən analitiklər xalis mənfəəti 671 milyard von proqnozlaşdırmışdılar.

2025-ci ilin əvvəlindən LG-nin bazar kapitallaşması 15,8% (12,2 trilyon vona qədər) azalıb, Kospi fond indeksi isə 5%-dən bir qədər çox dəyər qazanıb.