BİZNES

24 Aprel

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,9% artıb

Finss.az - Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmaqda davam edir.

2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.

Ümumi istehsal həcminin artımında əsas pay heyvandarlıq sahəsinin payına düşür.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib ki, bunun da 94,3 faizi (1510.1 milyon manat) heyvandarlıq sahəsinin, 5,7 faizi (91.5 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.

Zemfira Ms
Finss.az