Finss.az xəbər verir ki, Moffett Nathanson analitiki Craig Moffett-in fikrincə, Apple Inc-in səhmləri 2025-ci ilin əvvəlindən bəri 23%-dən çox ucuzlaşdıqdan sonra daha 30% ucuzlaşa bilər. Analitik, Apple səhmlərinin hədəf qiymətini 184 dollardan 141 dollara endirərək satış tövsiyəsini təkrarladı. Beləliklə, Moffett hesab edir ki, şirkətin səhmlərinin qiyməti aprelin 17-də bağlanış səviyyəsi ilə müqayisədə 28%-dən çox düşə bilər.Analitik həmçinin ABŞ prezidenti Donald Trampın başlatdığı ABŞ-Çin ticarət müharibəsi səbəbindən Apple-ın 2026-cı maliyyə ili üçün mənfəət proqnozunu (səhm üçün 7,87 dollardan 7,06 dollara qədər) aşağı salıb.
"Tramp aprelin 11-də bəzi tarifləri qaldıranda Apple ən pis ssenaridən yayındı" dedi Moffet. "Amma Ağ Ev açıq şəkildə bildirdi ki, Çindən idxal edilən "Apple" cihazlarına 20% rüsum tətbiq olunur ki, bu da cəmi bir ay əvvəl ağlasığmaz olardı. Hətta Hindistandan gələn "iPhone"lar, həmçinin Vyetnamdan gələn saatlar və qulaqlıqlar da 10% tarifə tabedir".
Bazar ertəsi Apple səhmləri 3%-dən çox dəyər itirib.