Azərbaycanın İqtisadiyyat Nazirliyi 2026-2029-cu illər üçün neftin orta qiymətini 65 dollar/barel səviyyəsində proqnozlaşdırır.
Finss.az xəbər verir ki, “İqtisadiyyat Nazirliyinin mart ayında təqdim etdiyi proqnozlara əsasən, baza ssenarisi üzrə 2026-cı ildə neftin orta ixrac qiyməti 65 dollar/barel təşkil edəcək və nazirlik 2027-2029-cu illər üçün də analoji qiymət müəyyən edir”, - press-relizdə deyilir.
İqtisadiyyat Nazirliyi 2025-ci ildə neftin orta ixrac qiymətinin 70 dollar/barel olacağını proqnozlaşdırır.