Almaniyanın Deutsche Post-un bölməsi olan DHL Express, aprelin 21-dən etibarən ABŞ-da dəyəri 800 dollardan çox olan bağlamaların fiziki şəxslərə çatdırılmasını dayandıracaq, şirkətin açıqlamasında bildirilir.
Finss.az xəbər verir ki, bu, ABŞ-ın yeni gömrük qaydaları, o cümlədən sadələşdirilmiş yoxlama ilə malların dəyərinin 5 aprel tarixindən 2500 dollardan 800 dollara endirilməsi ilə bağlıdır.
DHL həmçinin hüquqi şəxslərdən hüquqi şəxslərə malların çatdırılmasının dayandırılmayacağını, lakin onların müddətinin uzadıla biləcəyini açıqlayıb.