BİZNES

21 Aprel

Azərbaycan Britaniyaya 73,4 milyon dollarlıq neft göndərib

Finss.az- Bu ilin yanvar-mart aylarında Azərbaycandan Böyük Britaniyaya 73,4 milyon ABŞ dolları dəyərində 130,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 6,7 dəfə və ya 62,4 milyon dollar, həcm baxımından isə 6,3 dəfə və ya 110 min ton üstələyir.

Cari ilin ilk rübü ərzində ölkədən ümumilikdə 3,33 milyard dollar dəyərində 6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Böyük Britaniya 8-ci yerdə qərarlaşıb və ixrac həcminin 2,17 faizi bu ölkənin payına düşüb.

Zemfira Ms
Finss.az