BİZNES

21 Aprel

Alüminium məmulatlarının istehsalında 5,8% artım qeydə alınıb

Finss.az - Bu ilin yanvar-mart aylarında ölkədə 15,5 min tondan çox alüminium məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 5,8 faiz və ya 856 ton üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, aprel ayının 1-nə hazır məhsul ehtiyatı 3261,3 ton təşkil edib.

Zemfira Ms
Finss.az