BİZNES

18 Aprel

Dövlət Neft Fondu qızıl yatırımlarını 3,7 milyard dollar artırıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıl yatırımlarını əhəmiyyətli dərəcədə artıraraq investisiya portfelində bu sahənin payını genişləndirib.

Finss.az xəbər verir ki,  bu barədə ARDNF məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin ilk rübündə Fondun ümumi investisiya portfelinin 16 milyard 134,4 milyon ABŞ dolları həcmində olan hissəsi, yəni 25,8%-i qızıl yatırımlarından ibarət olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda bu rəqəm 12 milyard 354,6 milyon dollar və ya 20,6% təşkil edirdi. Beləliklə, qızıl yatırımlarında cəmi üç ay ərzində 3 milyard 779,8 milyon dollarlıq artım qeydə alınıb.

Bununla yanaşı, ARDNF 2025-ci ilin ilk rübündə 18,7 ton qızıl alıb. Əgər 2024-cü ilin sonunda Fondun qızıl ehtiyatı 146,6 ton idisə, bu ilin 1 aprel tarixinə həmin göstərici 165,3 tona çatıb. Ümumilikdə isə ARDNF 2024-cü ilin əvvəlindən bəri 63,5 ton qızıl alışı həyata keçirib.

Fuad Mədətov
Finss.az