Dünyanın ən böyük pivə istehsalçılarından biri olan Hollandiyalı Heineken birinci rübdə gəlirinin 4,9% azaldığını gördü və 2025-ci il üçün tam proqnozunu təsdiqlədi.
Finss.az xəbər verir ki, şirkətin press-relizinə əsasən, onun yanvar-mart aylarında gəliri ötən ilin eyni dövründəki 8,184 milyard avro ilə müqayisədə 7,784 milyard avro təşkil edib.
Həcm baxımından pivə satışı 2,1% azalaraq 54,1 milyon hektolitr olub. Avropada onlar 4,7% (14,6 milyon hektolitə qədər), Şimali və Cənubi Amerikada isə 3,7% (20,6 milyon hektolitə qədər) azalıb. Eyni zamanda, Asiya-Sakit okean regionunda 2,3% (11,6 milyon hektolitə qədər), Afrika və Yaxın Şərqdə isə 1,3% (7,4 milyon hektolitə qədər) artım qeydə alınıb.