2025-ci ilin ilk üç ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 554,9 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 1,9 faiz artıb. Rəqəmlərə əsasən, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 1,8 faizlik azalma qeydə alınıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 38,1 faiz, polietilen istehsalı isə 0,5 faiz artıb. Etilen istehsalı 2,3 faiz, propen (propilen) istehsalı isə 10,4 faiz azalıb. Sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqların istehsalı 3 faiz, polietilendən kisə və çantaların istehsalı isə 38,6 faiz aşağı düşüb.
2025-ci ilin yanvar-mart aylarında 11 053,1 min kub metr təsirsiz qaz istehsal edilib, bunun 5 796 min kub metri azot qazının payına düşüb. Lak-boya məmulatları üzrə istehsal həcmi 7 237,3 ton, qeyri-üzvi kimyəvi maddələrin istehsalı 3 690 ton təşkil edib. Onlardan 44 tonu yod olub.
Üzvi kimyəvi maddələr üzrə istehsal 209,5 min ton, o cümlədən etilen 41,9 min ton, propen 36,3 min ton, metanol isə 97,7 min ton olub. Gübrə və azot birləşmələrinin istehsalı 137,3 min ton təşkil edib, bunun 137,2 min tonu karbamid olub.
İlkin formada plastik kütlənin istehsalı 79,7 min ton, o cümlədən polietilenin istehsalı 41,3 min ton səviyyəsində qeydə alınıb. Yapışqan və yapışdırıcı maddələrin istehsalı 40,5 min ton olub.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2025-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
01.04.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları |
|||
Təsirsiz qazlar, min kub metr |
11 053,1 |
102,2 |
65,5 |
ondan: azot, min kub metr |
5 796 |
98,2 |
62 |
Lak-boya məmulatları, ton |
7 237,3 |
138,1 |
5 98,1 |
Qeyri-üzvi kimyəvi maddələr, ton |
3 690,0 |
42,1 |
6 720 |
ondan: yod, ton |
44 |
90,3 |
22,5 |
Üzvi kimyəvi maddələr, min ton |
209,5 |
78,5 |
38,2 |
ondan: etilen, min ton |
41,9 |
97,7 |
0,8 |
propen (propilen), min ton |
36,3 |
89,6 |
0,8 |
metanol (metil spirti), min ton |
97,7 |
67,8 |
29,5 |
Etil spirti, min dkl |
- |
x |
34 |
Gübrə və azot birləşmələri, min ton |
137,3 |
82,2 |
28,2 |
ondan: karbamid, min ton |
137,2 |
82,2 |
28,1 |
İlkin formada plastik kütlə, min ton |
79,7 |
97,1 |
26,1 |
ondan: polietilen, min ton |
41,3 |
100,5 |
15,5 |
Yapışqan və yapışdırıcı maddələr, min ton |
40,5 |
161,4 |
12 |
Fuad Mədətov
Finss.az