Finss.az xəbər verir ki, Çin Rusiyadan neft, qaz və kömür alışını artırmaqda maraqlıdır; Rusiyanın energetika naziri Sergey Tsivilev aprelin 17-18-də Pekinə səfər etməyi planlaşdırır, Rusiya energetika nazirinin müavini Roman Marşavin "İnterfaks"a bildirib.
"Görüşdə qaz, neft, kömür, elektrik enerjisi müzakirə olunacaq. Mən Çin səfiri ilə görüşdüm - ticarət dövriyyəsinin artırılması ilə bağlı çoxlu təkliflər daxil olub. Onlar ticarət dövriyyəsini artırmaq istəyirlər, qaz, neft, kömür alışını artırmaq istəyirlər", - Marşavin bildirib.